ONN İnformasiya Agentliyi

DİN- in texnikaları Bakı küçələrində

DİN- in texnikaları Bakı küçələrində
16 May 2020 - 20:20

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədi ilə Bakı və Sumqayıt şəhərlərində bu gün əlavə gücləndirilmiş dezinfeksiya tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili işlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Daxili Qoşunların xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub.

Nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərlərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı, paytaxt küçələrinin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png