ONN İnformasiya Agentliyi

DİN və ETSN birgə tədbirlərini davam etdirir

DİN və ETSN birgə tədbirlərini davam etdirir
13 İyul 2018 - 12:00

ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

İyulun 12-də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində Xaçmaz rayonunun Şimali kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə “Əlincə” istirahət mərkəzinin icarədarı V.Heydərov və “Sanset” istirahət mərkəzinin icarədarı R.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə, su obyektlərinin çirklənməsi və zibillənməsinə görə isə “Bulaq” istirahət mərkəzinin müdiri M.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi ilə protokollar tərtib edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png