ONN İnformasiya Agentliyi

“Diqlas”ın yerində nə tikiləcək? – 3 qurumun cavabı

“Diqlas”ın yerində nə tikiləcək? – 3 qurumun cavabı
13 Noyabr 2019 - 14:20

“Diqlas” ticarət mərkəzində 26 mart tarixində baş vermiş dəhşətli yanğın hadisəsində yararsız hala düşən binanın söküntü işləri tamamailə başa çatıb. İndi isə hər kəsi sözügedən ərazidə hansı təyinatlı tikilinin inşa ediləcəyi maraqlandırır.

Məsələ ilə bağlı Nizami Rayonu İcra Hakimiyyətindən ONN media-ya bildirilib ki, hazırda ərazidə heç bir iş aparılmır.

“Söküntü işi tam başa çatıb. Ancaq həmin ərazidə hansı işlərin aparılacağı ilə bağlı bizdə məlumat yoxdur. Çünki ərazi bizim balansımızda deyil. Ərazidə hansı işlərin aparılması ilə bağlı qərarı Bakə Şəhər İcra hakimiyyəti verə bilər”.

Bakı Şəhər İcra hakimiyyətindən isə bildirilib ki, bu barədə onlarda heç bir məlumat yoxdur:

“Bununla bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsi layihə verməlidir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirib ki, komitəyə “Diqlas” ticarət mərkəzinin yerində hansısa obyektin tikintisi ilə bağlı heç bir layihə təqdim olunmayıb.

Xatırladaq ki, sözügedən ərazidə böyük ticarət mərkəzinin inşa ediləcəyi iddia edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png