ONN İnformasiya Agentliyi

DİQQƏT- Cərimələnə bilərsiniz

DİQQƏT- Cərimələnə bilərsiniz
26 Fevral 2020 - 14:38

Nizami rayonu, K.Balakişiyev 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ONN media xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı üç şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zaman ağır texnika ilə məhv edildiyi müəyyən edilib. Faktla bağlı akt və protokol tərtib olunub.

“Karayev City” MTK-nın hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.

S.Dərafərin yaşıllıqlara qayğı ilə yanaşan və onların mühafizəsinə həssas münasibət göstərərək, Nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkür edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png