ONN İnformasiya Agentliyi

“DONGFENG Motors” brendi Azərbaycan bazarında!

“DONGFENG Motors” brendi Azərbaycan bazarında!
31 Yanvar 2024 - 10:52

30 Yanvar tarixində “Dongfeng Motors” Azərbaycandaki Rəsmi satış mərkəzinin açılış mərasimi ilə birlikdə, (2) iki Tam Yeni avtomobilinin təqdimatı həyata keçib.

Ölkəmizdə brendin ilkin olaraq Aeolus Shine Max HEV və Aeolus Huge HEV modelləri təklif edilir.

ONN media şirkətə istinadən xəbər verir ki, Dongfeng Aeolus Shine Max hibrid – 37 900 AZN -ə və Dongfeng Aeolus Huge hibrid modeli – 43 900 AZN -ə təqdim olunur. Ayrıca olaraq, rəsmi 5 il və ya 150.000 km servis zəmanəti alıcılarına seçim etməkdə yardımçı olacaqdır.

Dongfeng brendinin təqdim etdiyi modellərlə, Nəcəfqulu Rəfiyev küç. 29 ünvanında yerləşən avtosalonuna yaxınlaşaraq daha yaxından tanış ola və sınaq yürüşünə yazıla bilərsiniz. Həmçinin avtomobillərə 20% ilkin ödənişlə sərfəli bank kredit şərtləri ilə sahib olmaq mümkündür..

Shine Max və Huge hibrid modelləri, müasir idman dizaynı, güc və çox saylı təhlükəsizlik sistemlərini özündə cəmləyir.

Hər iki model ecazkar dizayn ilə yollarda diqqətləri özünə cəlb edərək, sizə, premium avtomobil idarəetmə hissini bəxş edəcək.

Shine Max 1.5 Turbo HEV 174 at gücünə, Huge 1.5 Turbo HEV 245 at gücünə sahibdir.

100 km – ə 5.8 Lt yanacaq sərfiyyatı ilə Sizin üçün əsl büdcə dostu olacaqlar.

Hibrid iki mühərrikli Mach Power sistemi, ekoloji cəhətdən təmiz texnoloqiyaların inkşafında Honda və Nissan kimi top brendlərin ən son naliyyətlərindən istifadə edir. 

“Dongfeng – Arzulara daha yaxın olmaq üçün!”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png