Dörd millət vəkili Kiyevə yola düşdü

Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün bu gün Ukraynaya səfər edib.

ONN media xəbər verir ki, Kiyev şəhərində keçiriləcək toplantıda təşkilati məsələlərlə yanaşı Qara dəniz regionunda iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, gənc ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud problemlər barədə fikir mübadiləsi aparılacaq.
Azərbaycanın deputatları müzakirə edilən məsələlərə öz münasibətlərini bildirəcəklər.