ONN İnformasiya Agentliyi

DSX-nin qisas əməliyyatı nə vaxt başa çatıb?

DSX-nin qisas əməliyyatı nə vaxt başa çatıb?
13 Fevral 2024 - 10:50

Ötən gün Ermənistan ordusunun Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərindən erməni snayperin əsgərimizi yaralamasına cavab olaraq Dövlət Sərhəd Xidməti bu gün qisas əməliyyatı keçirib.

ONN media xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi saat 9:30 radələrində artıq atəşin dayandığını açıqlayıb.

Qeyd edək ki, DSX-nin əməliyyatı nəticəsində əsgərimizi hədəf alan düşmən döyüş mövqeyi darmadağın edilib. Rəsmi məlumata görə, Ermənistan ordusunun iki əsgəri məhv edilib, yaralılar var.

Qeyri rəsmi məlumatda isə erməni ordusunun itkilərinin daha çox olduğu bildirilir. Ermənistan Müdafiə Nazirliyi itkilər və yaralıların sağlamlıq vəziyyəti barədə ictimaiyyəti lazımı qaydada məlumatlandıracağını açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png