ONN İnformasiya Agentliyi

DTX-nın saxladığı şəxs nazirin qohumu çıxdı

DTX-nın saxladığı şəxs nazirin qohumu çıxdı
01 İyul 2022 - 21:53

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlardan biri də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevdir.

ONN media xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qohumudur. Mətbuatda R.Babayevin nazirin əmisi oğlu olması ilə bağlı dəfələrlə yazılar dərc olunub.

R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png