ONN İnformasiya Agentliyi

Dumana görə Bakıdan Naxçıvana iki reys gecikir

Dumana görə Bakıdan Naxçıvana iki reys gecikir
30 Noyabr 2021 - 13:47

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana iki reysi gecikir.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, J2-251 və J2-253 reyslərinin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətinin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri yemək və içki ilə təmin olunacaqlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png