ONN İnformasiya Agentliyi

DYP rəsmi məlumat yaydı

DYP rəsmi məlumat yaydı
03 Yanvar 2024 - 14:34

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində Daxili İşlər Nazirliyi, o cümlədən Dövlət Yol Polisi ötən il ərzində də bir sıra zəruri tədbirlər həyata keçirib:

“Lakin qeyd olunmalıdır ki, bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan amillər hələ də mövcuddur. Belə ki, sözügedən cinayət əməlinin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələri olur. Nəqliyyat vasitələri sahiblərinin avtomobillərini müxtəlif şəraitdə, əsasən avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etməsi də hüquqazidd əməllərin törədilməsinə şərait yaradır. ​

BDYPİ avtomobil sahiblərinə və sürücülərə müraciət edərək​ onları bu növ cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün qeyd olunan xüsusatlara diqqət yetirməyə, qabaqlayıcı tədbirlərin görülməsində polisə dəstək olmağa çağırır”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png