ONN İnformasiya Agentliyi

Ekspertlərdən XƏBƏRDARLIQ: Həran zəlzələ ola bilər

Ekspertlərdən XƏBƏRDARLIQ: Həran zəlzələ ola bilər
08 Fevral 2023 - 17:09

“Biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq”. 

ONN media xəbər verir ki, bunu Türkiyənin Geoloji Mühəndislər Mərkəzinin eksperti Aysun Aykan deyib. 

Türkiyədə 20-yə yaxın yerdə zəlzələ yarada biləcək aktiv tektonik qırılma xəttinin olduğunu vurğulayan A.Aykan Şimali Anadolu xəttinin əsas hissəsi olan Bingöl-Yeddisu və Şimali Anadolu xəttinin Mərmərə dənizindən keçən qismi ilə Balıkesir, Kahramanmaraş-Türkoğlu bölgələrinə diqqət yetirilməli olduğunu söyləyib. 

Ekspert ölkəsində zəlzələ riski olan vilayətlər haqqında da xəbərdarlıq edib: 

“Ölkəmizdə Kocaeli, Bursa, Balıkesir, Bolu, Sakarya, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur, Kütahya, Eskişehir, Konya, Aksaray, Tokat, Kayseri, Osmaniyə, Hatay, Kahramanmaraş, Ərzurum, Ərzincan, Hakkari və Bingöl bölgələri aktiv qırılma xəttinin üzərindədir. Bu səbəbdən Türkiyənin hər hansı bir bölgəsində dağıdıcı zəlzələnin olması bizi təəccübləndirmir”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png