ONN İnformasiya Agentliyi

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal olmalıdırlar”

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal olmalıdırlar”
16 Noyabr 2017 - 18:34
“Reketçiliyin qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün heç bir problem yoxdur. Yəni faktiki olaraq hüquqi müstəvidə reketçiliklə məşğul olanlara qarşı müvafiq addımların atılması nəzərdə tutulub”. Bunu  “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirb.
ONN media xəbər verir ki, onun sözlərinə görə, reketçilik, onun hansı vasitələrlə həyata keçirilməsindən asılı olmayaraq cinayət əməlidir: “Sadəcə olaraq, burda mətbuat vasitədir. Həmin şəxslər ki, var, o şəxslər jurnalist deyillər, reketlərdir. Demək olar ki, onlar başqa bir vasitə də tapıb öz reketçiliklərini edə bilərlər. Amma indiki şəraitdə həmin şəxslər jurnalistikanı özləri üçün vasitə seçiblər. Bu baxımdan da, həmin şəxslərə qarşı addımların atılması üçün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalar mövcuddur. Belə şəxslərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün həm vətəndaşlar, həm də onların şantajına tuş gələn insanlar bu məsələdə fəal olmalıdırlar. Bununla bağlı müvafiq qurumlara müraciət olunmalıdır ki, onlar da reketlərə qarşı sərt tədbirlər həyata keçirilsin. Yalnız bu halda ciddi nəticələrə nail olmaq olar”. Sia.az
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png