Elmir Vəlizadə: Problemlər lokal xarakter daşıya bilər.

İnternetə daxil olmanın aşağı keyfiyyəti əksər hallarda lokal xarakter daşıyır və evdəki qurğular və lokal şəbəkə səviyyəsində həll oluna bilər.

ONN medianın məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, sakinlərin şikayətləri əsasında həyata keçirilmiş araşdırmalar nəticəsində məlum olub ki, problemlər müxtəlif səbəblərdən yarana bilər:

“Problemlər lokal xarakter daşıya bilər. Yəni modemin düzgün sazlanmaması, lokal şəbəkədə qüsurlar, kompüterin virusa yoluxması və digər texniki xarakterli aspektlər problemin səbəbi ola bilər”.