Bu gün Xankəndidən gedən 183 nəfər Laçın sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan torpaqlarını tərk ediblər.
ONN media xəbər verir ki, sözügedən şəxslər tələbə adı altında keçid məntəqəsindən Ermənistan ərazisinə gediblər.
Məlumata görə, 183 nəfərdən 155-i Ermənistan, 26-sı Rusiya, 2-si isə Ukrayna vətəndaşı olub.
Qeyd edək ki, artıq bir neçə gündür Ermənistanın hələ 2020-ci ildəki müharibədən əvvəl Qarabağa göndərdiyi qeyri-qanuni hərbi birləşmələrin üzvləri tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk etməyə başlayıblar.