Ermənilər Laçından nə vaxt çıxarılacaq?

Laçın şəhəri, eləcə də mövcud dəhlizin keçdiyi ərazilərdə (Zabux, Sos və s) qalan ermənilərin köçürülməsinə hazırlıq işi gedir.

ONN media xəbər verir ki, Ermənistan mediası köçürülmə prosesinin tarixi ilə bağlı üç versiya irəli sürür.

Ya avqustda, ya sentyabrda, ya da gələn ilin əvvəlində köçürülmə prosesi başa çatmalıdır.

Qeyd edək ki, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra hazırki dəhlizin keçdiyi şəhər mərkəzi və digər ərazilər Azərbaycana təhvil veriləcək