Ermənilər mövqelərimizi yenidən atəşə tutur

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür”,- MN-dən bildirilib.