ONN İnformasiya Agentliyi

Ermənilər qorxu içində- Yenidən müharibə olacaq?

Ermənilər qorxu içində- Yenidən müharibə olacaq?
12 Yanvar 2024 - 8:12

Həmişə demişəm ki, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün heç bir ilkin şərt görmürəm. Bu gün fikrim bir qədər fərqlidir. Bu gün düşünürəm ki, ilkin şərtlər var, amma vaxt haqqında heç nə deyə bilmərəm.

ONN media xəbər verir ki, bu sözləri Ermənistanın hakim partiyadan olan deputatı Ovik Ağazaryan deyib.

O bildirib ki, bu qənaətinin iki səbəbi var:

“Birincisi, bir-birimizlə ikitərəfli dialoqa başlamağımızdır. İkincisi, müharibəyə başlamaq üçün heç bir səbəb yoxdur. Düzdür, Azərbaycan və Türkiyə həm Zəngəzur dəhlizi, həm də ümumən Ermənistanın mövcudluğu baxımından əsas ambisiyalarından əl çəkmirlər, amma qonşu və ya başqası ilə döyüşmək üçün iki amildə daha güclü olmaq lazımdır. Biri hərbi faktor, ikincisi siyasi komponentdir. Yəni dünyaya təqdim etmək lazımdır ki, niyə belə edirsən? Bu iki amilin birləşməsinə əsaslansaq, biz Azərbaycandan çox da geri qalmırıq. Bu, sülhün bərqərar olması üçün ən mühüm amildir.

Bu mənada indi elə bir vəziyyət yaranıb ki, istəsək də, istəməsək də, sülh şəraitində yaşamalıyıq. Amma bunun (sazişin – red.) nə vaxt olacağını deyə bilmərəm: bu, illər çəkə bilər, çünki bu sənəd Azərbaycan üçün sərfəli deyil. O, Bakıya nə verəcək? Heç nə verməyəcək. Amma dünyada hər şey ola bilər və Bakı hansısa bəhanə ilə Türkiyə ilə birlikdə indi həlli mümkün olmayan məsələni həll etməyə cəhd edə bilər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png