Ermənilərin Azərbaycanla bağlı ŞOK ETİRAFI

Azərbaycanlılar Ermənistanı Qarabağla birləşdirəcək yeni yolun tikintisini sürətlə davam etdirirlər.
ONN media xəbər verir ki, bu barədə media eksperti Nairi Oxikyan öz Facebook səhifəsində yazıb
“Hazırda Azərbaycanın tikinti qrupları Şuşanın Böyük Qaladərəsi (ermənilər adını Meçşen qoyub) kəndi ərazisində işləyir və yolun kənarına düşən bir neçə evi söküblər.
Bu gün Böyük Qaladərəsi kəndində yaşayan 2 Qarabağ müharibəsinin iştirakçısı, əlil Varujan Nəsibyan mənə zəng etdi və dedi ki, azərbaycanlılar onun da evini sökmək istəyirlər, lakin indiyə qədər müqavimət göstərə bilib.
Varujan deyir ki, əgər prioritet maraq varsa və kənddə yol çəkilməlidirsə, o zaman evinin əvəzinə eyni kənddə, icazə verilən ən yaxın ərazidə yenisinin tikintisini tələb edəcək, lakin məsul orqanlardan ona hələ aydın cavab verilmir. Onun fikrincə, öz həmvətənlərinin əli ilə köçkün olacağına heç kəs zəmanət vermir.
Kənddə yol kənarında yerləşən 5 ev sökülmək üçün plana düşüb. Artıq onlardan 4-ü sökülüb. Yalnız Varujan Nəsibyan evini xilas edə bilib. Sökülmək üzrə olan evin əvəzinə yeni ev tələb edir.
Rəsmi İrəvan evləri sökməyə, yeni yolun çəkilməsi üçün münasib şərait yaratmağa tələsir. Aydındır ki, Ermənistanla Azərbaycan arasında təsdiqlənmiş müddət var”, – deyə Oxikyan bildirib.