Ermənilərin bu abidəsi ordumuzun nəzarətinə keçdi

Ermənistan mətbuatı dərin təəssüf hissi ilə xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Laçın rayonuna yeridilməsi nəticəsində “Böyük və Kiçik Sünik Memorial”ı Azərbaycan tərəfinin nəzarətinə keçib.

ONN media xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

“Ermənilər son anda yalnız xaçkarı “memorial”dan yığışdıra biliblər. Qeyd edək ki, erməni ekspansionistlərinin terminologiyasında “kiçik Sünik” Azərbaycanın Qarabağ bölgəsi hesab edilirdi və memorial “Sünik və Arsax talelərinin birliyini” simvolizə edirdi. Nə isə. Fərarilərə keçmiş olmasın”, – ekspert bildirib.