ONN İnformasiya Agentliyi

Erməni helikopterini vuran qəhrəmanımız fəhlə işləyir?

Erməni helikopterini vuran qəhrəmanımız fəhlə işləyir?
15 Oktyabr 2019 - 8:07

2014-cü il noyabrın 12-də cəbhə xəttində erməni helikopterini vuran İlkin Muradovun tikintidə fəhlə işləyərkən çəkdirdiyi fotosu müzakirələrə səbəb olub.

Unikal.org xəbər verir ki, bir çox istifadəçi keçmiş hərbçinin fəhlələlik etdiyini iddia ediblər.

Məsələ ilə bağlı açıqlama verən İlkin Muradov yayılan məlumatın əsassız olduğunu bildirib:

“Dostum evində tikinti işləri aparır. Məndən də xahiş etdi ki, ona kömək edim. Mən də məzuniyyətdə olduğum və bu işləri bildiyim üçün ona yardım etdim. Həmin vaxt foto çəkdirdik. İnsanlar da bunu yanlış anlayıb. Həmçinin qeyd edim ki, fəhlə işləmək ayıb deyil. Amma mən hazırda Neftçala rayonunda yanğınsöndürən işləyirəm. Bu foto sosial şəbəkə istifadəçilərini yanıltmasın.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png