ONN İnformasiya Agentliyi

Ermənilərin Qarabağda qanunsuz hərbi hissələri aşkarlandı

Ermənilərin Qarabağda qanunsuz hərbi hissələri aşkarlandı
16 Yanvar 2023 - 21:55

2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatı ilə Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycanın Qarabağ istiqadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında qanunsuz olaraq tikdiyi hərbi hissələrin növbəti görüntüləri yayılıb.

ONN media xəbər verir ki, görüntüləri və məlumatı “Bez Tormozov” Teleqram kanalı paylaşıb.

Fotolardan aydın olur ki, Laçın humanitar dəhlizindən qanunsuz olaraq hərbi məqsədlər üçün istifadə edən Ermənistan hərbi sursat və ləvazimatlar daşımaqla, hərbi hissələrdən birini Xankəndi yaxınlığında (koordinatlar:39.828991, 46.761836), Heyvalı (koordinatlar: 40.144956, 46.595711), Xocalı (koordinatlar: 39.893010, 46.796251), Xocavənd (39.743358, 47.123237), Xankəndi (koordinatlar: 39.866551, 46.767794), Yuxarı Orataq (koordinatlar: 40.139753, 46.547722) və s. qurublar.

Yuxarı Oratağdakı (keçmiş Ağdərə rayonu) qanunsuz hərbi hissə 3 avqust 2022-ci ildə Ordumuzun endirdiyi zərbə nəticəsində şəxsi heyəti ilə birgə məhv edilib.

Qeyd edək ki, daha öncə ermənilərin ötən il Laçın yolu ilə qeyri-qanuni gətirilən materiallardan istifadə edərək Qarabağda tikdiyi üç hərbi obyektin görüntüsü sosial şəbəkələrdə yayılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png