ONN İnformasiya Agentliyi

Evinə kamera quraşdırdı, arvadının əməlini gördü

Evinə kamera quraşdırdı, arvadının əməlini gördü
25 Dekabr 2017 - 23:02

Tez-tez cibindən pullarının oğurlandığını görən Türkiyə vətəndaşı Mehmet İ. hər kəsdən şübhələnməyə başlayıb. Təkcə həyat yoldaşı Anıl İ.-dən başqa. Heç ağlının ucundan belə keçirməzdi ki, o, pullarını arvadı oğurlayıb.

ONN media xəbər verir ki, hər şey İstanbuldakı evinə quraşdırdığı gizli kameradan sonra üzə çıxıb. Mehmed İ. hamamda olarkən xanımı cibindən pulları götürüb və görüntülər kameranın yaddaşına həkk olunub.

Boşanma ilə bağlı məhkəməyə müraciət edən kişi həmçinin arvadından 500 min TL (250 min AZN) təzminat tələb edib.

İddianaməsində qeyd edib ki, həyat yoldaşı yemək bişirmir, təmizlik işləri görmürdü. Üstəlik kredit kartından hər ay 2 min lirə çəkib, hər gün nəğd olaraq 100 lirə verib: "Məni ona verdiyim pullar deyil, məndən oğurladığı pullar yandırır. Ən pisi odur ki, oğurladığı pulları anasigilə verib. O, məni ər yox, sağmal inək sayıb".(Teleqraf)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png