ONN İnformasiya Agentliyi

Fərid Səfərlinin anasından açıqlama

Fərid Səfərlinin anasından açıqlama
17 Yanvar 2024 - 17:20

Apelyasiya Məhkəməsinin müddəti artıraraq, Fəridə 2 il yarım iş kəsməsi ilə bağlı xəbərlər yayılıb. Bu barədə Xarici İşlər Nazirliyi ilə danışdım.

Bu sözləri Fərid Səfərlinin anası Dilarə Əsgərova yayılan məlumatları şərh edərkən deyib.

“Yayılan məlumatlar doğru deyil. İndicə XİN əməkdaşları zəng etdi, xəbərlərdə anlaşılmazlıq olduğunu dedilər. Fəridin işi artırılmayıb. 2 il olaraq qalıb. Tərcümə xətası baş verib”, – Dilarə Əsgərova bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də saytımıza açıqlamasında məsələ ilə bağlı texniki yanlışlığın olduğunu təsdiqləyib.

Qeyd edək ki, dünən İranda həbsdə olan Fərid Səfərlinin həbs müddətinin artırılması ilə bağlı məlumatlar yayılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png