ONN İnformasiya Agentliyi

Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı
10 Dekabr 2023 - 10:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağıntının miqdarı Biləsuvarda 6 mm, Neftçalada 5 mm, Astara, Lənkəranda 4 mm, Sədərək, Biçənəkdə 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Şahdağ, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Sabirabad, Şirvanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 6 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-ə çatıb.

Şimal-qərb küləyi Qobustanda 21 m/s, Şahdağda 20 m/s, Altıağacda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Sumqayıt, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Beyləqanda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcə şaxta olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png