ONN İnformasiya Agentliyi

Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı
24 Yanvar 2024 - 10:28

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazrıda Bakıda və Abşeron yarımadasında qar yağıb, axşama doğru tədricən kəsiləcək:

“Havanın temperaturu 1 dərəcə isti qeydə alınır. Axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görüş məsafəsi məhdudlaşacaq. Gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərdə, yolların buz bağlayacağı ehtimal olunur”.

G.Məmmədov qeyd edib ki, bölgələrdə də yağıntılar davam edir:

“Bəzi yerdə qar yağır, ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur”.

O qeyd edib ki, yanvarın 25-də paytaxtda, eləcə də bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png