Federika Mogerini :”Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

"Avropa İttifaqı tam olaraq Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir".

ONN media-nın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

F. Mogerini bildirib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır: “Biz bu gün əlaqələrimizin ümumi vəziyyətini və əməkdaşlığımızın ikitəfli aspektlərini müzakirə etdik”.