ONN İnformasiya Agentliyi

Fermerlərə şad xəbər- Yeni güzəştlər olacaq

Fermerlərə şad xəbər- Yeni güzəştlər olacaq
09 Fevral 2023 - 18:10

Azərbaycanda bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrə idxalının Nazirlər Kabinetinin qərarına əsasən 2023-cü ilin sonunadək gömrük rüsumundan azad edilməsi yem xərclərinin 10 %-dək azalmasına səbəb olacaq.

ONN media xəbər verir ki, bunu “Report”a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

Onun sözlərinə görə, bu qərar heyvandarlıq və quşçuluqla məşğul olan intensiv fermaların yem xərclərinin azalmasını təmin edəcək.

“Bu, dünya bazarında yem məhsullarının qiymətlərinin artımının fermerlərə təsirini azaltmaq üçün verilmiş qərardır.

Yem xərclərinin azaldılması hesabına quş əti və yumurtanın qiymətində artım baş verməyəcək. Toxumların idxal gömrük rüsumundan azad edilməsi fermerlərin istehsal xərclərini azaldacaq və buda özlüyündə bazar qiymətlərinə təsir edəcək”.

F. Fikrətzadə hesab edir ki, ilin sonunda qiymətlərdə ciddi azalma baş verərsə, bunu qərarın müddətinin uzatmağa ehtiyac olmayacaq: “Amma yenədə yem məhsullarının qiyməti yüksək səviyyədə qalarsa, güzəşt müddəti yenidən uzadılacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı fevralın 7-dən qüvvəyə minib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png