ONN İnformasiya Agentliyi

FHN rəhbərliyi sürüşmə zonasında

FHN rəhbərliyi sürüşmə zonasında
25 Noyabr 2019 - 14:08

Bu gecə Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında qeydə alınan torpaq sürüşməsi ilə bağlı hadisə yerinə Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev və digər rəsmilər gedib.

ONN media xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva deyib.

G.Mehdiyeva bildirib ki, FHN rəhbərliyi və mütəxəssislər əraziyə baxış keçirib, müşahidələr aparıblar.

Qeyd edək ki, sürüşmə zonasına Baş nazir Əli Əsədov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov da gedib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png