“Fitch”dən manatla bağlı praqnoz

“2017-ci ildə  sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi apreldən etibarən 1,70 manat səviyyəsində stabilləşib.

ONN media xəbərə verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı məlumatda qeyd edilir. 

Bildirilir ki, 2017-ci ildə 12,9% səviyyəsində olan inflyasiya təzyiqi azalıb: 

“Ötən ilin mart ayı ilə müqayisədə apreldən etibarən inflyasiya azalıb. Kreditlərin və depozitlərin dollarlaşma səviyyəsi azalıb, bu da məzənnəyə inamın müəyyən qədər artdığını göstərir. Neft qiymətlərinin sabit olması ilə bağlı gözləntiləri nəzərə alaraq növbəti iki il ərzində dolların manata nisbətən məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırıq”.