ONN İnformasiya Agentliyi

Fonddan Mübariz İbrahimovun atası ilə bağlı QƏRAR

Fonddan Mübariz İbrahimovun atası ilə bağlı QƏRAR
10 Oktyabr 2019 - 19:55

Heydər Əliyev Fondu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun müalicəsini öz üzərinə götürüb.

ONN media bildirir ki, bu barədə Report-a Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov məlumat verib.

Onun sözlərinə görə, A.İbrahimov bu gün Bakı şəhərində ürəyindən əməliyyat olunduğu Mərkəzi Klinikadan evə buraxılıb və yaşadığı Biləsuvar rayonunun Əliabad kəndinə yola salınıb.

“Bundan sonra onun müalicəsi ev şəraitində davam etdiriləcək. Hazırda atamın vəziyyəti yaxşıdır, rahat şəkildə yeriyir, gəzir. Atamın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb”, – deyə R.İbrahimov bildirib.

Qeyd edək ki, A.İbrahimov bir həftə əvvəl ürəyindən əməliyyat olunmuşdu. O, hərtərəfli dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png