ONN İnformasiya Agentliyi

Fransa XİN: “Biz “Dağlıq Qarabağ”ı tanımırıq”

Fransa XİN: “Biz “Dağlıq Qarabağ”ı tanımırıq”
23 Noyabr 2017 - 11:57

“Fransa “Dağlıq Qarabağ”ı tanımır”.

ONN media-nın məlumatına görə, bunu Report-un sorğusuna cavab olaraq Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə Report-un sorğusuna verilən cavabda qeyd edilib ki, hökumət Alforvil bələdiyyəsi tərəfindən imzalanan “xartiya”ya riayət etməyə məcbur deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Fransanın Alfortvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında “dostluq xartiyası” imzalanıb. Tədbirdə Alfortvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı “daimi nümayəndəsi” Hovanes Gevorkyan və Laçının “meri” Artyom Sarıbekyan iştirak edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png