ONN İnformasiya Agentliyi

Gələn ildən ölkədə İcbari Tibbi Sığortaya keçiləcək – VİDEO

Gələn ildən ölkədə İcbari Tibbi Sığortaya keçiləcək – VİDEO
12 Fevral 2018 - 8:17

Bu ildən Ağdaşda da İcbari Tibbi Sığorta sistemi pilot layihə şəklində tətbiq ediləcək. Gələn ildən etibarən isə bütün ölkədə İcbari Tibbi Sığorta sisteminə keçiləcək.

ONN media xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, İcbari Tibbi Sığorta ilə bağlı Yevlax və Mingəçevirdə həyata keçirilən pilot layihə özünü doğruldub. Bu ildən etibarən Ağdaşda da bu sistemin pilot şəkildə tətbiqinə başlanılacaq.

Əli Əhmədov qeyd edib ki, bəzi çətinliklər və ölkənin səhiyyə sistemində yeni proses olduğu nəzərə alınaraq, İcbari Tibbi Sığortanın tətbiqi mərhələlərlə həyata keçiriləcək.

2019-cu ildə İcbari Tibbi Sığorta sisteminin ölkə üzrə 600-dən çox xəstəxanada həyata keçirilməsi nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png