ONN İnformasiya Agentliyi

Gəncədə Qərb Regionu üzrə “Nəsimi 650” adlı şagirdlər arasında Yay Məktəbi baş tutub

Gəncədə Qərb Regionu üzrə “Nəsimi 650” adlı şagirdlər arasında Yay Məktəbi baş tutub
08 İyul 2019 - 13:35

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Texnologiya Universitetinin və Gəncə İntellektual School-un təşkilatçılığı ilə UTECA-nın akt zalında Qərb regionu üzrə şagirdlər arasında “Nəsimi 650” Yay Məktəbinin yekun tədbiri baş tutub.

 Tədbirdə millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Respublikasının Təhsil Problemləri inistutunun təlimçisi,təhsil üzrə ekspert, Layihələr Akademiyasinin direktoru Vəfa Vəliyeva, UTECA-nın elmi məsələlər üzrə katibi Mətanət Əhmədova, Gəncə İntellektual Schoolun İdarə heyətinin sədri, layihə rəhbəri Teymur Əliyev iştirak edib.

Layihə rəhbəri Teymur Əliyev çıxış edərək yay məktəbini uğurla başa vuran şagirdləri təbrik edib onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzu edib. O, bildirib ki, Gəncə İntellektual School 1-7 İyul 2019 cu il tarixində Gəncə şəhərində 4-5-6-7-8-9-10 sinif şagirdləri arasında Beynəlxalq Yay Məktəbi təşkil edib. “Yay məktəbini təşkil etməkdə əsas məqsədimiz uşaqların asudə vaxtlarını səmərəli təşkili, liderlik qabiliyyətinin inkişafı, dil biliklərinin inkişafı, yeni dostlar qazanmaq, xüsusi bacarıqlarını üzə çıxarmaqdır” -deyə layihə rəhbəri vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Pərvin Kərimzadə bu cür layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Millət vəkili qeyd edib ki, bu məktəbdə uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, onların hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir. Sonra Pərvin Kərimzadə şagirdlərə bu yolda uğurlar arzu edib.

Vəfa Vəliyeva çıxış edərək respublikamızda uşaq və gənclər siyasətinin uğurla davam etdirildiyini, uşaqların bilik və intellektual səviyyəsindən, fəal vətəndaşlar kimi tərbiyələnməsindən məmnun olduğunu vurğulayıb.

UTECA-nın elmi məsələlər üzrə katibi Mətanət Əhmədova da çıxışında yay məktəbini uğurla başa vuran şagirdləri təbrik edib, təşkilatçılara öz təşəkkürünü bildirib.

Yekunda yay məktəbini uğurla başa vuran şagirdlərə 3G Beynəlxalq Sertifikat verilib.

Qeyd edək ki, iyulun 7-də Qərb regionu üzrə şagirdlər arasında “NƏSİMİ 650” Yay Məktəbinin seçim turu baş tutacaq. Seçim zamanı 2 nəfər fəal şagird seçilərək ölkəmizi Şimali Kipr Türk Respublikasında təmsil edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png