ONN İnformasiya Agentliyi

Geomaqnit səviyyəsinin aşağı olması… – BUNU BİLİRDİNİZMİ?

Geomaqnit səviyyəsinin aşağı olması… – BUNU BİLİRDİNİZMİ?
01 Fevral 2018 - 20:47

Hazırda Yerin geomaqnit səviyyəsi aşağıdır. Bu vəziyyət meteoşəraitin pisləşməsi halı ilə üst-üstə düşdükdə onun insanların səhhətinə pis təsir göstərməsi kimi hallar ortaya çıxır. Bununla bağlı elmi nəticələr də var.

ONN media xəbər verir ki, bunu trend-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Bununla bağlı elmi nəticələrin olduğunu deyən E.Babayev qeyd edib ki, Günəşdə və planetlərarası maqnit sahəsində gedən proseslərin təzahürü olaraq, Yerin maqnit sahəsində dəyişikliklər baş verir:

“Amma qeyd edim ki, geomaqnit səviyyəsinin həm yuxarı, həm də aşağı olması – hər iki hal ekstremal hal kimi insanlara pis təsir göstərir. Yerdə geomaqnit səviyyəsinin aşağı olması risk qrupuna daxil olan insanların – ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə zərər vurur. Bu hal sadəcə onlara təsir edir. Digər insanlar üçün bu vəziyyət əskinə, gümrahlıq hissi yaradır”.

E.Babayev əlavə edib ki, Yerdə geomaqnit səviyyəsinin nə qədər müddətə aşağı olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

Hazırda atmosfer təzyiqinin qalxdığını deyən E.Babayev bunun qış hava şəraitinə uyğun olduğunu da söyləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png