ONN media xəbər verir ki, dekabrın 23-ü saat 13-00-da Beynəlxalq Mətbuat Mərkəzində Goyce.az saytının təqdimat mərasimi keçirləcək.
Saytın təsisçisi Qılman İman bildirib ki, tədbirə çox sayda ziyalılar, alimlər, ictimai-siyasi xadimlər, millət vəkilləri qatılacaq. Q.İman onu da vurğulayıb ki, sayt azərbaycanlıların Qərbi Azərbaycandakı dədə-baba torpaqlarından deportasiya olunmasının 30 illiyi ilə bağlı yaradılıb.
Göyce.az saytı əsasən Qərbi Azərbaycanın, Göyçə mahalının milli mənəvi dəyərlərini, tarixini mədəniyyətini, etnoqrafiyasını, folklorunu araşdıracaq.