ONN İnformasiya Agentliyi

Gün ərzində 94 cinayət faktı qeydə alınıb -RƏSMİ

Gün ərzində 94 cinayət faktı qeydə alınıb -RƏSMİ
14 İyul 2018 - 8:50

DİN -dən ONN media -ya verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınmış, onların da 9-u “isti izlər”lə açılmışdır.

– Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.

– Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 15 nəfər xəsarət almışdır.

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər saxlanılmışdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png