Günün koronavirus statistikası açıqlandı

Son sutkada Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 93 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə ONN media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.