ONN İnformasiya Agentliyi

Hərbçilərimiz Saçxere dağında təlim keçir

Hərbçilərimiz Saçxere dağında təlim keçir
19 İyul 2019 - 19:27

Gürcüstanda NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yay dağ hazırlığı təliminin birinci mərhələsi keçirilir.

Report-un məlumatına görə, Axalkalaki rayonunda Abuli dağında təşkil olunan təlimdə Gürcüstan, Azərbaycan, Ukrayna, Çexiya, Polşa, Latviya və İsveç hərbçiləri iştirak edirlər.

Təlimi Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzinin təlimatçıları keçir.

Kursda iştirak edən hərbçilər dağda 100, 200 və 300 metr uzaq məsafəyə atəşlər yerinə yetiriblər.

Dağ hazırlıq təlimi 4 həftə davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png