ONN İnformasiya Agentliyi

Hərbi xidmətdə dəyişiklik: pul ödəməklə… – Millət vəkili

Hərbi xidmətdə dəyişiklik: pul ödəməklə… – Millət vəkili
01 Fevral 2024 - 12:09

Ölkəmizdə hərbi xidmətdən keçmə qaydalarına dəyişiklik edilə bilər.

ONN media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər qardaş Türkiyədə tətbiq edilir:

“Bizdə də buna gedilə bilər. Bizdə hərbi xidmət 1 il yarım və ali təhsillilər üçün 1 il müəyyən edilib. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər. Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub. Gənclərin savadlı kadr olaraq yetişdirilməsi dövlətin vəzifələrindən biridir. Ancaq ali təhsil almış və 1 il hərbi xidmət keçən şəxslər yenidən təhsilə qayıdanda adaptasiya problemi yaşayırlar. Buna görə də bu dəyişikliyə gedə bilərik. Hesab edirəm ki, belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpasına baxıla bilər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png