ONN İnformasiya Agentliyi

Həcc ziyarətinə gedən zəvvarlarla bağlı açıqlama

Həcc ziyarətinə gedən zəvvarlarla bağlı açıqlama
03 Avqust 2019 - 11:20

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların daha iki qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşəcək.

ONN media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd olunub ki, hər qrupda 180 zəvvar olmaqla bu gün yola düşür. Qruplardan biri saat 11:00, digəri isə 13:00 radələrində yola düşəcək.

Ötən gün isə hər biri 180 zəvvardan ibarət olmaqla iki qrup Şəudiyyə Ərəbistanına yola düşmüşdür.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Xatırladaq ki, zəvvarların avqustun 2-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png