Hərbi hissələrdə bayram tədbirləri davam edir

Azərbaycan ordusunun hərbi hissələrində bayram tədbirləri keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya məlumat verilib.

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə tədbirlər təşkil olunub.