ONN İnformasiya Agentliyi

Hacı Şahini o əvəz etdi

Hacı Şahini o əvəz etdi
02 May 2023 - 11:25

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o bu gün təqdim olunacaq.

O, həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb:

“Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.

Xatırladaq ki, daha əvvəl “Məşədi Dadaş” məscidinin imamı ilahiyyatçı Hacı Şahin Həsənli olub.

O, martın 2-də səhər saatlarında 48 yaşında ürəktutmadan dünyasını dəyişib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png