Hacı Şahinin məzarı ziyarətgaha çevirilib?

“Son günlər Azərbaycan cəmiyyətində Hacı Şahinin dəfnindəki qələbəlik, onun cəmiyyət arasında nüfuzunun yüksək olması geniş müzakirə olunmaqdadır. Qeyd etmək lazımdır ki, Hacı Şahinin cəmiyyətin müxtəlif təbəqələrinin nüfuzunu qazanmasının səbəblərindən biri onun əksər din xadimlərindən və bu sahədə çalışan insanlardan fərqli olaraq əlçatanlığı, sadəliyi və daima insanlar arasında olmasıdır. “O, davamlı olaraq Bakıda və bölgələrdə Vətən müharibəsi şəhidlərinin dəfn və yas mərasimlərində iştirak edirdi. Sosial şəbəkələrdə olduqca fəal idi”.

ONN media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.

Millət vəkili son günlər müzakirə olunan Hacı Şahinin qəbrinin ziyarətgaha çevrilməsi məsələsinə də münasibət bildirib:

C.Məmmədov bununla bağlı qeyd edib ki, İslam dini dini şəxsiyyətlərə pərəstişdə ifrata varmağın qəti əleyhinədir: “İnsanların hər hansı şəxsə ehtiramla yanaşması normaldır. Ancaq bu, onların müqəddəsləşdirilməsinə və bütləşdirilməsinə aparıb çıxarmamalıdır”.

Deputat hesab edir ki, Hacı Şahinin qəbrinin ziyarətgaha çevriləcəyi və bura turların təşkil ediləcəyi ilə bağlı açıqlamalar həm də siyasi məqsəd daşıyır:

“Bu fikirlər məqsədli şəkildə bir sıra dairələr tərəfindən dövriyyəyə buraxılır. Dəfn yeri məlumdur, insanlar sərbəst şəkildə onun qəbrini ziyarət edə bilərlər. Bunun üçün xüsusi turların təşkilinə ehtiyac yoxdur. Görünən odur ki, din sahəsində fəallıq bir müddət davam edəcək. Cərəyan edən proseslər ciddi təhlil olunmalı və operativ qərarlar qəbul edilməlidir. Proseslərin yalnız kənardan izlənilməsi sonrakı mərhələdə proseslərin idarə olunmasında ciddi çətinliklər yaradacaq