Hansı avtobusların hərəkət sxemi dəyişdirilir?

Bakı Nəqliyyat Agentliyi paytaxtda 4 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirə bilər.

ONN media xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC martın 29-31-də Pirallahı rayonundakı Dübəndi-Zirə və Zirə-Gürgan mənzillərində yerləşən qorunmayan dəmiryol keçidlərində təmir işləri aparacaq. Əgər bununla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edisə, 150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.