ONN İnformasiya Agentliyi

Hansı halda SMS icazəyə ehtiyac yoxdur?

Hansı halda SMS icazəyə ehtiyac yoxdur?
14 Dekabr 2020 - 15:21

Bu gündən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiq edilir.

ONN media  xəbər verir ki, artıq icazəsi olmayan vətəndaşlar SMS icazə almadan küçəyə çıxa bilməzlər.

Lakin bu məqamda yenə də vətəndaşlarda müəyyən suallar yaranır. Suallar odur ki, vətəndaşlar zibil atmağa çıxarkən, yaxud da həyətdə, yaxınlıqdakı məhəlləiçi marketə düşərkən, habelə qarşı evə qonaq gedərkən də SMS icazəsi lazım olacaqmı?

Nazirlər Kabinetinin qərarında açıq göstərilir ki, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe, çay evlərinə müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsinə və onlayn satışa icazə verilir.

Bundan başqa, vətəndaş mağazaya və yaxınlıqdakı ticarət obyektinə gedərkən də mütləq rəsmi qaydada icazə almalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png