ONN İnformasiya Agentliyi

Hansı poçt şöbələri işləməyəcək?

Hansı poçt şöbələri işləməyəcək?
05 İyun 2020 - 12:42

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 4 iyun 2020-ci il tarixli qərarına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.

“ONN media”nın məlumatına görə, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri 5 iyun saat 14:00-dan 8 iyun saat 08:00-dək xidmət göstərməyəcək.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png