ONN İnformasiya Agentliyi

Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır

Hava proqnozu üçün Azərbaycanda yeni sistemlər quraşdırılır
09 Oktyabr 2019 - 18:47

Azərbaycanda ən yeni hava müşahidə sistemlərinin quraşdırılması işlərinə başlanılır.

ONN media bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov bildirib ki, quraşdırılacaq ən müasir hava müşahidə sistemləri olan yeni dopler radar qurğuları ölkənin hidrometeoroloji monitorinq şəbəkəsinin daha da təkmilləşdirilməsinə və ən müasir standartlara uyğunlaşdırılmasına imkan verəcək.

Ə.Əsgərov əlavə edib ki, bu yaxınlarda bir qrup əməkdaşları ABŞ-dan alınan dopler radarlarının öyrənilməsi məqsədilə həmin ölkənin Alabama ştatında səfərdə olub. Səfər çərçivəsində Departamentin əməkdaşlarına amerikalı mütəxəssislər tərəfindən müşahidə cihazlarının texniki vəziyyəti, proqram təminatı, vizuallaşma imkanları barədə təlim kursları keçirilib və onlara sertifikatlar təqdim olunub. Növbəti təlimlər amerikalı mütəxəssislər tərəfindən Bakıda və dopler radarlarının qurulacağı rayonlarda keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png