Hikmət Mirzəyev Zakir Həsənovun müavini təyin edildi?

General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.

ONN media axar.az-a istinadla xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb.

Sözügedən təyinatla bağlı Müdafiə Nazirliyi heç bir rəsmi açıqlama yaymayıb.