ONN İnformasiya Agentliyi

Hindistanlıların Şəhidlər Xiyabanında çəkdiyi video ilə bağlı RƏSMİ AÇIQLAMA

Hindistanlıların Şəhidlər Xiyabanında çəkdiyi video ilə bağlı RƏSMİ AÇIQLAMA
14 Yanvar 2020 - 14:27

Bir müddət öncə sosial şəbəkələrdə hindistanlı gənclərin musiqi sədaları altında Şəhidlər Xiyabanında kilip çəkdirməsi ilə bağlı görünütülər yayılmışdı.

Əcnəbilərin bu addımı Azərbaycanda ciddi narazılıqla qarşılanmış, hətta, siyasi xadimlər də məsələyə sərt reaksiya verərək görüntülərdəki şəxslərin deportasiyasını təklif etmişdi.
Qalmaqallı video ilə bağlı DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov videogörüntülərin geniş ictimai rezonans doğurmasına görə məsələyə dərhal reaksiya verildiyini söyləyib.
Nazirlik rəsmisi araşdırma zamanı kadrlardakı Hindistan vətəndaşlarının həmin klipi 3 il öncə çəkdiklərini müəyyən edib.
“Məsələ ilə bağlı  Bakı şəhər Baş Polis idarəsi məlumat yaymışdı. Video sosial şəbəklərdə yayıldıqdan sonra Səbail rayon Polis idarəsində araşdırılma aparıldı. Məlum oldu ki, bu video 3 il əvvəl çəkilib. Görüntülərdəki vətəndaşlar da, xarici ölkə vətəndaşlarıdır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png