Hulusi Akarın: “Türkiyə Silahlı Qüvvələri adından azərbaycanlı qardaşlara təşəkkür və minnətdarlığımı bildirirəm”

Türkiyə ordusu hər zaman ölkə təhlükəsizliyinə qarşı istənilən təcavüzünün qarşısını almağa hazırdır.

ONN media-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın Sarıqamış döyüşünün 103 illiyi münasibəti ilə yaydığı bəyanatda deyilir.

H.Akar Sarıqamış döyüşündə şəhid olan minlərlə türk əsgərinin qəhrəmanlığını yüksək qiymətləndirib:

“Onların qəhrəmanlığı sayəsində biz bu gün bu torpaqları Vətən adlandırırıq. 103 il əvvəl olduğu kimi, bu gün də Türkiyə Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini təmin etməyə hazırdır”, – bəyanatda deyilir.

H.Akar Bakı yaxınlığında Böyük Zirə adasında (Nargin) əsir türklərə kömək edən qardaş və dost Azərbaycan xalqına təşəkkür edib:

“Türkiyə Silahlı Qüvvələri adından azərbaycanlı qardaşlara təşəkkür və minnətdarlığımı bildirirəm”.